İspaniyanın səhiyyə sistemində dörd min tibb mütəxəssisi çatışmır


Dünya 25 Yan 2019 21:29:00 235 0

İspaniyanın səhiyyə sistemində dörd min tibb mütəxəssisi çatışmır

İspaniyanın Səhiyyə, İstehlak və Sosial Təminat Nazirliyinin tədqiqatına görə, 2025-ci ilədək ölkədə tibb personalının çatışmazlığı 3 dəfə artacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nazirlik tərəfindən aparılan son tədqiqatın göstəricilərinə əsasən, ölkənin səhiyyə sistemində çatışmayan tibb mütəxəssislərinin sayı təxminən 4 min nəfərə bərabərdir. Bu vəziyyət 50 faizi 50 yaşından yuxarı olan personalın təqaüdə çıxacağı halda, həmçinin internatura keçmək problemi ilə də bağlı daha da kəskinləşəcək.

Səhiyyə, istehlak və sosial təminat naziri Mariya Luiza Karsedo bəyan edib ki, həkim çatışmazlığı onların düzgün paylaşdırılmaması ilə bağlıdır. Əslində, İspaniyada ümumilikdə 192 min (100 min əhaliyə) məzun var. Bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında ən yüksək göstəricilərdən biridir.