Ayşen Qruda son mənzilə yola salındı FOTO


Digərləri 25 Yan 2019 21:05:00 285 0

Ayşen Qruda son mənzilə yola salındı   FOTO

Çərşənbə günü müalicə olunduğu xəstəxanada vəfat edən məşhur aktrisa Ayşen Qruda ilə vida mərasimi keçirilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, cənazə Zincirlikuyu məscidinə aparılıb. Onun nəvəsi Emre Qruda tabutun başında dua edib. Cümə namazından sonra cənazə namazı qılınıb.

Ayşenin qızı Elvan Qruda anası ilə bağlı xatirələrindən danışıb: "Çox söz söyləmək olar amma taqətim yoxdur. Onu hamı sevir, tərifləyir, qucaqlayır. Mən də bir fərqlə eyni hissləri paylaşıram. Amma mən onun övladıyam. Bütün Türkiyəyə başsağlığı verirəm. Bu günlərdə bizimlə olan, dərdimizi bölüşən hər kəsə təşəkkür edirəm. Burada onun çoxlu tələbəsi var. O insanlara çox kömək edib. Alqışlanmaları üçün yollarını açıb. Ona çox təşəkkür edirik. Sayqı və sevgiylə əbədiyyətə yola salırıq".


Xəbərə aid fotolar