Dəmir yolu stansiyasından silahsursat tapıldı


Digərləri 25 Yan 2019 20:20:00 224 0

Dəmir yolu stansiyasından silahsursat tapıldı

Polis əməkdaşları tərəfindən dəmir yolu stansiyası ərazisində silah-sursat tapılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının yanvarın 23-də daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonu Daşburun dəmir yolu stansiyasının ərazisindən 1 ədəd "F-1" qumbarası, 1 ədəd qumbara alışdırıcısı, 1 ədəd işarəverici fişəng, 7 ədəd boş avtomat sandığı, 1116 ədəd müxtəlif çaplı avtomat patronu və 1 ədəd sökülmüş vəziyyətdə olan "TOZ 8" markalı tüfəng aşkar edilərək götürülüb.