“Zəng gəldi ki, mağaza tüstüləyir”


Digərləri 25 Yan 2019 17:53:00 260 0

“Zəng gəldi ki, mağaza tüstüləyir”

Gəncənin Nizami rayonunda yanğın olub. Son.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsi, 28 may küçəsində yerləşən 3 mərtəbəli ticarət mərkəzində qeydə alınıb. Birinci mərtəbədə baş verən yanğın zamanı oradakı əşyalar, satış üçün nəzərdə tutulan geyim malları yanıb. Mağazanın zirzəmisi, ikinci mərtəbəsi, mansardası alovdan mühafizə olunub. Yanğın aidiyyəti qurumlar tərəfindən söndürülüb. Mağazada çalışanlardan biri, 47 yaşlı Əvəz Nuriyev əşyaları çıxarmaq üçün şüşə qapını sındırmaq istəyərkən sağ qolunu yaralayıb. Ambulator müayinədən sonra evə buraxılıb. Salman Axundov - Zərərçəkən: "Geyim və parça, pərdə, parfümeriya hamısı yanıb. Zəng gəldi ki, mağaza tüstüləyir. Yanğınsöndürənlə birgə 6, 7 dəqiqəyə gəlib çatdıq. Bir anın içində yanıb kül oldu. Kamerada baxdıq ki, şitdən alışma başlayıb və bütün mağazanı bürüyüb. Birinci mərtəbə təmamilə yanıb. Dəqiq deyə bilmərəm, amma çox ziyan dəyib". Hadisənin baş verməsinin səbəbləri araşdırılır.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar