AzTVdə bütün sistem dəyişir


Digərləri 25 Yan 2019 16:54:00 242 0

AzTVdə bütün sistem dəyişir

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) islahatlar tək kadrlar üzrə yox, yaradıcılıq və texniki qaydalar üzrə də davam etdirilir.

Son.az bakupost-a istinadən xəbər verir ki, QSC-nin sədri vəzifəsini icra edən Rövşən Məmmədov keçmiş sədr Arif Alışanovun quruma topladığı qohum-əqrabasını təmizləmək, maliyyə fırıldalıqlarını aradan qaldırmaqla yanaşı, yaradıcılıq sistemində də ciddi dəyişiklik edib.

Bunlardan biri vaxtilə AzTV ənənəsi kimi formalaşan teletamaşaların çəkilişi ənənəsinin geri qaytarılmasıdır. Belə ki, keçmiş sədr Nizami Xuduyevdən sonra sədr postunu tutan Arif Alışanovun zamanında qurumda teletamaşa ənənəsi də məhv edilərək sıradan çıxarılmışdı.

Artıq bu ənənənin yenidən formalaşması üçün müvafiq yaradıcılıq və kadr təyinatı ilə bağlı qərarlar verilib. R.Məmmədovun əmri ilə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru Səyavuş Məmmədovun azad edilərək, onun yerinə "Ac həriflər", "Yaşıl eynəkli adam"  və b. teletamaşaların müəllifi, Xalq artisti Ramiz Həsənoğlu təyin edilməsi də bunun tərkib hissəsidir. Bundan başqa, dövlət televiziyasının studiya quruluşunun, verilişlərin formatının və məzmunun Rusiya, Avropa və ABŞ teleməkanı təcrübələrinə əsasən yenilənməsi ilə bağlı da qərarlar qəbul edilib ki, yaxın zamanda bunun tətbiqinə də start veriləcək.