Deputat: "Hər adi məsələyə görə bələdiyyə sədrləri və üzvlərini istintaqa cəlb etmək lazım deyil"


Digərləri 25 Yan 2019 16:40:00 251 0

Deputat: "Hər adi məsələyə görə bələdiyyə sədrləri və üzvlərini istintaqa cəlb etmək lazım deyil"

Hər il bələdiyyə sədrləri və üzvlərinin məsuliyyətə, istintaqa cəlb edilməsi, məhkəmə çəkişmələrində iştirakı hallarının artımı müşahidə olunur.

Son.az xəbər veri ki, bunu Trend-ə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında millət vəkili Tahir Rzayev bildirib.

O qeyd edib ki, belə faktlar insanlarda bələdiyyələrə, bələdiyyə üzvlərinə inamı sarsıdır: "Hesab edirəm ki, hər adi məsələyə görə bələdiyyə sədrləri və üzvlərini istintaqa, məsuliyyətə cəlb etmək lazım deyil. Bu tendensiyaya son qoyulmalıdır".