Rektor: İşəgötürənlərin öz tələblərini konkretləşdirməyə ehtiyac var


Digərləri 25 Yan 2019 15:41:00 219 0

Rektor: İşəgötürənlərin öz tələblərini konkretləşdirməyə ehtiyac var

İşəgötürənlərin öz tələblərini konkretləşdirməyə ehtiyac var - UNEC rektoru məşğulluqla bağlı müasir tələbləri açıqladı

Bakı. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxış edən UNEC rektoru, professor Ədalət Muradov müasir əmək bazarında sürətlə dəyişən prinsiplərə və meydana çıxan yeni yanaşmalara diqqət çəkib. Universitetdən Trend-ə verilən məlumata görə, IV sənaye inqilabında unifikasiya edilmiş kütləvi tələbin fərdiləşmiş tələb ilə əvəzolunduğunu və bunu reallığa çevirən çevik texnologiyaların tətbiqinin “creativ” və innovativ mütəxəssislərə tələbin artırdığını qeyd edib. Rektor bildirib ki, postsənaye cəmiyyətində karyera anlayışı da ənənəvi mahiyyətini dəyişməkdədir. Belə ki, karyera anlayışı hazırda işçinin konkret bir şirkətə ömür boyu xidmət etməsi deyil, həmin işçinin peşəkarlıq keyfiyyətinin yüksəldilməsini əks etdirir.