Mağazada müştərinin çantasını oğurladılar FOTO


Digərləri 25 Yan 2019 15:05:00 256 0

Mağazada müştərinin çantasını oğurladılar  FOTO

Bakının Nərimanov rayonunda yerləşən marketlərdən birində xanım müştərinin əl çantası oğurlanıb. Bu barədə zərərçəkən Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək içərisində 250 manat olan çantasının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

DİN-dən Son.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, Tərtər rayon sakini Faniz Səfərov saxlanılıb. Qeyd edək ki, saxlanılan şəxsin mağazada törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb. Saxlanılan şəxs ifadəsində etdiyi cinayəti etiraf edib.

Faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində saxlanılan şəxs barəsində inzibati protokol tərtib olunub və onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə  1 ay müddətinə inzibati həbs seçilib.


Xəbərə aid fotolar