Tutanhamonun məqbərəsindəki müəmmalı qəhvəyi ləkələrin sirri bilindi VİDEO FOTO


Dünya 25 Yan 2019 14:02:00 264 0

Tutanhamonun məqbərəsindəki müəmmalı qəhvəyi ləkələrin sirri bilindi  VİDEO  FOTO

Tutanhamonun məqbərəsi ilə bağlı sirr açılıb.

Son.az Mirror-a istiandla xəbər verir ki, bərpası üçün xeyli əziyyət çəkilən məqbərədəki "lənət"in sirri çözülüb.

3000 ilin məzarını bərpa etmək üçün 10 ildən çox vaxt sərf olunub. Əvvəllər "lənətli" olduğu düşünülən məqbərə yenidən şöhrətə qovuşub.

10 illik bərpa müddətində ekspertlərin səyi ilə divarlardakı rəsmləri və mumyalanmış cəsədi qorumaq üçün xüsusi baryerlər qoyulub və ventilyator sistemi quraşdırılıb.

Onlar 1922-ci ildə arxeoloq Hovard Karterin aşkarladığı məqbərənin divarındakı qəhvəyi rəngli ləkələri araşdırmaq üçün xeyli vaxt sərf ediblər.

"Getty Conservation Institute" və Misirin Əntiq Tarix Nazirliyinin mütəxəssisləri illər sonra məqbərədə restavrasiya işlərini tamamlayıblar. Ötən gün Fironun mumyalanmış cəsədinin saxlanıldığı məqbərə yenidən turistlər üçün açılıb.


Xəbərə aid fotolar