Şərqşünaslıq İnstitutunda müasir islamofobiyadan bəhs edən kitab işıq üzü görüb


Digərləri 25 Yan 2019 13:59:40 211 0

Şərqşünaslıq İnstitutunda müasir islamofobiyadan bəhs edən kitab işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əmmar Abbasovun “Müasir dünyada islamofobiya və onun təzahür formaları” adlı kitabı işıq üzü görüb.

Bakı. Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əmmar Abbasovun “Müasir dünyada islamofobiya və onun təzahür formaları” adlı kitabı işıq üzü görüb. İnstitutdan Trend-ə verilən məlumata görə, əsər giriş, 2 fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. 1-ci fəsildə dünyada İslama qarşı mübarizə tarixi nəzərdən keçirilir, islamofobiya müstəvisində Azərbaycanda islamın ümumi vəziyyəti şərh edilir. Müasir dünyada islamofobiyadan bəhs edilən 2-ci fəsildə İslama qarşı çıxışlar, eləcə də dövlət, din xadimləri və alimlərin onlara tutarlı cavabları təqdim edilir.