Allahşükür Paşazadə Vladiqafqazda Muxtarov məscidinin açılışında iştirak edəcək


Digərləri 25 Yan 2019 13:02:00 218 0

Allahşükür Paşazadə Vladiqafqazda Muxtarov məscidinin açılışında iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə səfərə yola düşür.

Bakı. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə səfərə yola düşür. QMİ-dən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti Azərbaycan Prezidentinin şəxsi yardımı sayəsində Vladiqafqazda yenidən bərpa olunmuş Muxtarov məscidinin açılışında iştirak edəcək. 1908-ci ildə əslən azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilmiş, Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən məscid binası Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin dövlət başçımıza müraciətinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa olunub.