"Azərbaycan" 3 ilə tamamilə yenidən qurulacaq


Digərləri 25 Yan 2019 12:30:00 256 0

"Azərbaycan" 3 ilə tamamilə yenidən qurulacaq

Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyası (İES) 3 il müddətində tamamilə yenidən qurulacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərenerji" ASC-dən deyilib.

ASC-dən bildirilib ki, 2018-ci ilin 3 iyul tarixində baş vermiş qəzanın təkrarlanmaması, enerjisi sistemi üzrə "itirilmiş" generasiya güclərinin bərpası məqsədilə "Azərenerji" tərəfindən enerji sisteminin kritik vəziyyətdən çıxarılması üçün hazırlanaraq dövlət başçısına təqdim edilən "Reabilitasiya proqramı" əsasında ötən ilin sentyabr ayından etibarən təxirəsalınmaz tədbirlər görülür:

"Proqram çərçivəsində son üç ay ərzində "Cənub", "Şimal" və "Bakı" elektrik stansiyalarında görülən tədbirlər nəticəsində 230 MVt güc bərpa edilib. Bundan əlavə, ötən ilin 3 oktyabr tarixindən 26 dekabr tarixinədək "Reabilitasiya proqramı" çərçivəsində "Azərbaycan" İstilik Elektrik Stansiyasının 6 saylı enerji blokunda kompleks yenidənqurma işləri aparılıb. Nəticədə təmirdən sonra 6 saylı enerji blokunda 60 MVt yük məhdudiyyətinin aradan qaldırılması test rejimində yoxlanılıb. Eyni zamanda, hidrogen istehsal edən elektroliz, oksigen qurğularında yenidənqurma, təmir, bərpa işləri aparılıb. 500 kV-luq Açıq Paylayıcı Qurğunun I dövrəsinin 6 saylı enerji bloku və 2 saylı əlaqə avtotransformatorun bütün elementləri yeni avadanlıqlarla əvəzlənərək istismara verilib. Ümumilikdə "Reabilitasiya proqramı" çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan" İES 3 il müddətində tamamilə yenidən qurulacaq. Yəni turbinlər, generatorlar, rele mühafizə sistemi, sexlər, yarımstansiyalar, 500 və 330 kV-luq hava xətləri, əks-qəza avtomatikası yenidən qurulub, bərpa ediləcək. Yanğınsöndürmə, inzibati bina, idarəetmə mərkəzi tikiləcək, Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınacaq, yeraltı soyutma su boru sistemlərinin bərpa ediləcək, bir sözlə digər genişmiqyaslı işlər görüləcək. Görülmüş işlər nəticəsində stansiyanın gücünün 220 MVt artaraq 2000 MVt-a catacaq".

Qeyd olunub ki, bununla yanaşı, "Reabilitasiya proqramı" çərçivəsində "Şimal-1" Elektrik Stansiyasında (ES) son aylarda aparılan təmir və sazlama işləri nəticəsində itirilmiş 20 MVt güc bərpa edilib: