İndoneziyada daşqınlar 59 nəfəri öldürdü,


Dünya 25 Yan 2019 10:00:00 183 0

İndoneziyada daşqınlar 59 nəfəri öldürdü,

İndoneziyanın Cənubi Sulavesi vilayətində güclü daşqınlar davam etməkdədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Cənubi Sulavesi vilayətinin Təbii fəlakətlərin qarşısının alınması üzrə Agentliyinin rəhbəri təbii fəlakət nəticəsində ölənlərin sayının 59-a çatdığını bildirib.

Onun sözlərinə görə, daha 25 nəfər daşqınlar nəticəsində itkin düşüb. Bundan əlavə, 3 mindən artıq insan öz evini tərk etmək məcburiyyətində qalıb.