UNICEF rəsmisi: Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problemlər var


Digərləri 25 Yan 2019 07:48:00 270 0

UNICEF rəsmisi: Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problemlər var

Azərbaycanda uşaqlar arasında boy artımı ilə bağlı problemlər var. Son.az bildirir ki, bunu Trend-ə BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova deyib.

Onun sözlərinə görə, Azərbaycanda 5 yaşadək uşaqların orta hesabla 18 faizi öz yaşına uyğun boya malik deyil.

T.Cəmilova əlavə edib ki, 5 yaşadək uşaqların hər üçündən biri anemiyanın müxtəlif dərəcələrindən əziyyət çəkir: "Yəni bir sıra narahatedici məqamlar var. Digər tərəfdən, uşaqların xəstələnməsi vəziyyəti ilə bağlı xeyli yaxşılaşma müşahidə olunur. Körpə ölümü göstəricisi ildən-ilə azalır. Hətta BMT-nin hesablamaları üzrə bu göstəricilər aşağıya doğru yerini dəyişir. Beynəlxalq qurumlar da Azərbaycanın bu sahədəki uğurunu qeyd edirlər".