Günün qoroskopu: İntuisiyanıza inanın


Digərləri 25 Yan 2019 00:01:00 242 0

Günün qoroskopu: İntuisiyanıza inanın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - təşvişə düşməyin, pərişan olmayın. İşlərinizi kənardan sərt təsirlərdən qoruyun. Kiçik dünyanıza qapılmamağa çalışın. Başqasına mane olmayın, sizə də maneələr yaradılmasına imkan verməyin.

Özəl və önəmli saydığınız dəyərləri qoruyun. Əsas prinsip "Mənimdir!" kəlməsi olmamalıdır.

Günün ikinci yarısında bir qədər durun, tənəffüs edin. Alış-veriş üçün pis gün deyil.

Ailə üzvlərinizin qayğısına qalın, həssas olun. Axşam saatlarını ailəvi istirahətə ayırın.

Buğa - yadları yaşam arealınıza buraxmayın, özünüz də başqasının fəaliyyət məkanına girməyin. Ətrafınızdakı insanlar önəm verdikləri nəsnələri qoruyurlar.

Yaşananları dramatikləşdirməyin, amma proseslərin ritm və stilini dəyişmək imkanlarını da əldən verməyin. Faydasız planları reallaşdırmaq cəhdlərindən əl çəkib uğur qazanacağınız işlə məşğul olun. Hansısa avantüraya başlamaq fikriniz varsa, bunu etməyin.

İrəliləyə biləcəyiniz sahəni seçərək işə başlayın.

Əkizlər - sakit və rəvan gündür. Problemlər sizi nə qədər çox narahat edib təşvişə salırsa, gərginlik bir o qədər artacaq. Alış-veriş üçün məqbul gün deyil. Bədxərclik etməyin.

Xüsusi maraqların olduğu məkanda ətrafınızdakı insanlarla dil tapmaq çətinləşir.

Fərdi fəaliyyətə üstünlük verin. Nəi isə alınmırsa, tələsməyin.

Gəlir mənbələrinin artırılması və daha az vaxt sərf edərək işi effektiv etməyin yollarını düşünün.

Romantik maraqlar arxa planda olmalıdır. Sizə ehtiyac duyan insanlara həssas olun.

Xərçəng - gün ərzində formalaşan situasiyanın səbəblərini anlamağa cəhd göstərin. Sizinlə eyni obyektə iddialı olan insanların gizli motivasiyalarını anlaya bilərsiniz.

Enerjinizin təmərküzləşdiyi, amma onun əlverişlilik çərçivəsində nəzarətdə saxlamağın çətinləşdiyi zamandır. Rabitə və kommunikasiya vasitəsi ilə problem yarana bilər. Düşünülməmiş addım, ehtiyatsız açıqlama, anlaşmanın pozulması və ya strateji inkişaf planına riayətə aqressiv şəkildə nail olmağa can atmaq yolverilməzdir.

Hətta belə çətin energetikadan da kimsə faydalanmağa çalışaraq hadisələri özü üçün faydalı məcraya çevirmək fikrinə düşəcək.

Rəqib və ya bədxahın səhvindən istifadə edin.

Şir - aktivlik tələb edən gündür. Çoxdan bəri reallaşdırmağa çalışdığınız planı indi həyata keçirmək olar. Lakin bununla belə situasiya narahatlıq, yeni problemlər vəd edir. Güclü emosiyalar istəyirsiniz? Onları alacaqsınız.

Planlar, istəklər, niyyətlər, iradlar və tələblər çoxdur. Dəyişikliklərə gəldikdə isə, artıq gecdir. İntuisiya güclənəcək. Ətrafınızda qapalı amillər güclənir. Kiminsə marağı və təsiri hiss olunur.

Təmasları kondominimuma endirin. Sosial şəbəkələrdə sayıq davranın. Oxuyun, amma mühüm informasiyanı paylaşmayın.

Təşviş və nigaranlıqdan qurtulmaq üçün çalışın.

Qız - fəaliyyətinizin əsas hissəsinin olduğu məkanda emosiyalarınızı cilovlayın. Köhnə planlara və ideyalara diqqət yetirin. Həmfikirləri cəlb edə biləcək yeni ideyanı gündəmə gətirə bilərsiniz. Yaxın ətrafınızdakı insanların fəaliyyətini pozitiv dəyərləndirsəniz, planlarınıza daha ciddi dəstək ala bilərsiniz.

Gərginləşmədən işləyin. Situasiyanın ağırlaşdığını hiss etsəniz, problemin səbəbini və ya məhvərini araşdırın. Emosional davranmayın, faydalı məlumatların mübadiləsindən çəkinməyin. Qeyri-formal şəraitdə bir çox məsələləri müzakirə etmək olar. Axşam saatlarında müsbət təmayüllərin təsiri güclənəcək.

Tərəzi - işinizi tələsmədən görün. Yaşamınız və peşəkar fəaliyyətinizdə yeni uzunmüddətli münasibətlərin əsası qoyulur. Bir çox məsələlərdə maddi ünsürlər önəmli rol oynayır. Etibar etdiyiniz, güvəndiyiniz insanlarla əməkdaşlıq daha önəmlidir.