Azərbaycan nefti ucuzlaşıb


Digərləri 24 Yan 2019 23:30:00 216 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 23-də 62,74 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 23-də 62,74 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,44 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel azdır.