Azərbaycanda qarğalar kütləvi şəkildə qırılır


Digərləri 24 Yan 2019 22:24:00 217 0

Azərbaycanda qarğalar kütləvi şəkildə qırılır

Son günlər Tovuzda şəhər mərkəzində, kəndlərdə və əkin sahələrində tez-tez kütləvi şəkildə qarğa leşlərinə rast gəlinir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayının artması fonunda qarğaların "quş qripi" virusundan ölməsi ehtimalı sakinləri narahat edir. Qarğa leşlərınə nadir hallarda rast gəlinməsi də bu narahatlığı artırır.

Mövcud vəziyyətlə əlaqədər Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Tovuz Rayon Baytarlıq İdarəsinə müraciət etdik. Qurumun nümayəndələri dərhal əraziyə baxış keçirərək, leşlərdən analiz üçün nümunələr götürüblər. Artıq qarğaların kütləvi şəkildə ölmələrinin səbəbi müəyyən edilib.

Rayon Baytarlıq İdarəsinin əməkdaşları şəhər mərkəzində rast gəlinən qarğa leşlərindən də analiz üçün nümunələr götürüblər. Qurumdan o da bildirilib ki, vəziyyət tam nəzarət altındadır. Hələlik heç bir virusa rast gəlinməyib.