Müğənnilər toyların az olmasından şikayətçidirlər


Digərləri 24 Yan 2019 22:01:00 248 0

Müğənnilər toyların az olmasından şikayətçidirlər

Məhərrəmlik ayından sonra adətən, qızğın toy mövsümü başlasa da, bu il adət yerini tutmadı. Ötən illərə nisbətən bu qış aylarında demək olar ki, toyların sayı kəskin azalıb.

Son.az gencaile.az-a istinadən bildirir ki, statistikaya baxanda da məlum olur ki, evlənənlərin sayı Azərbaycanda son 5 il ərzində azalıb, boşananların sayı isə artıb. 2017-ci ildə Azərbaycanda 62 923 nəfər nikaha daxil olub ki, bu da son 5 ilin ən aşağı göstəricisidir. 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 50 882 nikah qeydə alınıb.

Sosial şəbəkədə məşhurların şəxsi hesablarına nəzər salanda onların ayın müəyyən günlərində el məclislərində olduqlarını görürük. Müğənnilər də toyların sayının kəskin azaldığını etiraf edirlər.