Zabratda keçmiş məhkum heroinlə tutuldu


Digərləri 24 Yan 2019 21:39:11 200 0

Zabratda keçmiş məhkum heroinlə tutuldu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Zabrat qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Ağayevdən 3 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.