"Toyota" 1,3 milyona yaxın avtomobili geri çağırıb


Dünya 24 Yan 2019 18:19:00 267 0

"Toyota" 1,3 milyona yaxın avtomobili geri çağırıb

"Toyota" şirkəti ABŞ-da 1,3 milyona yaxın avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, qərar avtomobillərdə Yaponiyanın "Takata" şirkətinin istehsalı olan təhlükəsizlik yastıqlarının dəyişdirilməsi ilə əlaqədardır.

Qeyd olunur ki, "Takata"nın təhlükəsizlik yastıqları qəza zamanı həddən çox böyük qüvvə ilə açıla və sürücünü metal və plastik hissəciklərin zərbəsinə məruz qoya bilər.