“Erkən nikaha qarşı mübarizə və onun fəsadları” mövzusunda seminar


Digərləri 24 Yan 2019 17:31:00 292 0

“Erkən nikaha qarşı mübarizə və onun fəsadları” mövzusunda seminar

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyası (AQSİA) və AQSİA-nin Sosial İş Komissiyasının Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirdiyi "Erkən nikaha qarşı mübarizə və onun fəsadları" mövzusunda maarifləndirici seminar keçirilib.

Son.az xəbər verir ki, ilkin olaraq dəyirmi masa ətrafında mərkəzdə tədris olunan ixtisaslar, təhsil alanların maraq dairəsi haqqında müzakirələr aparılıb.Yaxın gələcəkdə sağlamlıq imkanı məhdud olan gənclərlə bərabər digər peşə təhsili müəssisələrinin əl işlərinin Respublika səviyyəsində keçirilən dəfilə və sərgilərdə nümayişi, tələbələrə həvəsləndirici mükafatların verilməsi və onların gələcək məşğulluq fəaliyyətlərinin təmin olunması planlaşdırılıb.

Görüşün davamı Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin akt zalında beynəlxalq statuslu təlimçi-ekspert Nəzakət Balabəyova tərəfindən keçirilib. Görüşdə  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının Sosial İş Komissiyasının rəhbəri Gülnarə Xəlilova və AQSİA-nin Sosial İş Komissiyasınn üzvləri istirak ediblər.

Qeyd olunub ki, Azərbaycanda nikah yaşı 18-dir. Erkən evliliyə həm qızlar, həm də oğlanlar cəlb edilir. Qızlar daha çox erkən evliliyə cəlb olunur. Erkən evlilikdə valideynlərin rolu böyükdür. Onlar övladlarının gələcəyini düşünmürlər. Elə hesab edirlər ki, ailə qurmaqla işlərini tamamlamış olurlar. Sonradan isə əksəriyyəti acı nəticələrlə qarşılaşır. Erkən evliliyə təhrik olunanlar çox ciddi sağlamlıq problemlərinə məruz qalır. Hətta bəzən ana və körpə ölümünə səbəb olur. Çünki bu yaşda olan qızlar nə psixoloji, nə də fizioloji cəhətdən ana olmağa hazır deyillər. Ümumiyyətlə erkən qurulan ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur.


Xəbərə aid fotolar