Gələn ay dərsliklərlə bağlı normativ hüquqi aktlar qəbul ediləcək


Digərləri 24 Yan 2019 17:19:00 234 0

Gələn ay dərsliklərlə bağlı normativ hüquqi aktlar qəbul ediləcək

Növbəti ayda dərsliklərlə bağlı normativ hüquqi aktlar qəbul ediləcək.

Bakı. İlhamə İsabalayeva - Növbəti ayda dərsliklərlə bağlı normativ hüquqi aktlar qəbul ediləcək. Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib. İ.İsayevin sözlərinə görə, həmin sənəddə dərsliklərin, qriftin hazırlanması və s. kimi məsələlər öz əksini tapıb: “Burada dərsliklərlə bağlı məsələləri bir qədər genişləndirə bilərik”.