Su polisi balıqların antisanitariya şəraitində hisə verildiyi məkanı aşkarladı


Digərləri 24 Yan 2019 16:34:00 303 0

Su polisi balıqların antisanitariya şəraitində hisə verildiyi məkanı aşkarladı

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi reyd nəticəsində antisanitariya şəraitində balıqları hisə verən şəxs yaxalanıb.

İdarənin Son.az-a daxil olan rəsmi məlumatında bildirilir ki, Pirallahı qəsəbəsində aşkarlanan bu yerdə ciddi nöqsanlara rast gəlinib və real vəziyyət videolentə alınıb. Məmmədov Ramiz Süleyman oğlundan antisanitariya şəraitində hisə verilmiş 28 ədəd siyənək balığı götürülüb. O, Qida Təhlükəsizliyi Agentliyindən heç bir rəsmi sənədi olmadığını bildirib. Su polisləri bu cür antisanitariya şəraitində hisə verilmiş balıqların insan sağlamlığı və həyatı üçün təhlükəli olduğunu saxlanılan şəxsin nəzərinə çatdırıblar.  

Videonu izləmək üçün şəklə klikləyin:

İdarə bir daha xəbərdarlıq edir ki, su polisi mütəmadi olaraq Azərbaycan Respublikasının Su Nəqliyyatında Polis İdarəsinin xidməti ərazilərində regional reydlər keçirəcək və balıqları antisanitariya şəraitində hisə verərək əhalini zəhərləyən, eləcə də insan sağlamlığına ciddi fəsadlar yetirən elektrik avadanlığı ilə balıq tutan və qırmızı kitaba düşmüş quşları ovlayanlara qarşı ciddi tədbirlər görərək onları cəzalandıracaq.


Xəbərə aid fotolar