Təhsil haqlarının tənzimlənməsi üçün müvafiq nəzarətin həyata keçirilməsi təklif edilir


Digərləri 24 Yan 2019 15:59:00 272 0

Təhsil haqlarının tənzimlənməsi üçün müvafiq nəzarətin həyata keçirilməsi təklif edilir

Azərbaycanda özəl təhsil müəssisələrində təhsil haqlarının tənzimlənməsi üçün müvafiq nəzarətin həyata keçirilməsi təklif edilir.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda özəl təhsil müəssisələrində təhsil haqlarının tənzimlənməsi üçün müvafiq nəzarətin həyata keçirilməsi təklif edilir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib. İ.Həbibbəylinin sözlərinə görə, özəl məktəblərdə təhsil haqları fərqlidir, hətta süni şişirtmələrə də yol verilir.