Polis Maştağada yarımtikilidə heroin aşkarlayıb


Digərləri 24 Yan 2019 15:55:00 193 0

Polis Maştağada yarımtikilidə heroin aşkarlayıb

Maştağada yarımtikilidə gizlədilən heroin aşkarlanıb

Bakı. Maştağada yarımtikilidə gizlədilən 510 qram heroin aşkarlanıb. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik əldə etmə və üzərində daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.