Xarici dildə təhsil almaq istəyənlər üçün müsahibənin aparılması təklif edilir


Digərləri 24 Yan 2019 15:39:00 223 0

Xarici dildə təhsil almaq istəyənlər üçün müsahibənin aparılması təklif edilir

Orta məktəblərdə xarici dildə təhsil almaq istəyən Azərbaycan vətəndaşları və Azərbaycan dilində oxumaq istəyən əcnəbilər üçün müsahibənin aparılması yaxşı olar.

Bakı. İlhamə İsabalayeva - Orta məktəblərdə xarici dildə təhsil almaq istəyən Azərbaycan vətəndaşları və Azərbaycan dilində oxumaq istəyən əcnəbilər üçün müsahibənin aparılması yaxşı olar. Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib. İ.Həbibbəylinin sözlərinə görə, Azərbaycan dünyəvi dövlət olduğu üçün burada digər dillərdə tədrisin aparılması üçün heç bir məhdudiyyət yoxdur. Komitə sədri bildirib ki, layihədə tədris dilinin dövlət dilində aparılması təmin edilir. Ancaq bununla yanaşı, vətəndaşların istəyi nəzərə alınmaqla, ümumtəhsil məktəblərində tədrisin digər dillərdə aparılmasına da icazə verilir.