28 Mayda “Shacman” yolu keçən qadını vurub öldürdü


Digərləri 24 Yan 2019 14:04:32 200 0

28 Mayda “Shacman” yolu keçən qadını vurub öldürdü

Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 23-də saat 7 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Hacıqabul rayon sakini M.Mahmudov idarə etdiyi “Shacman” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zərqələm Rəhmanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.