Məzarı tapılmayan azərbaycanlı repressiya qurbanlarının siyahısı hazırlanıb


Digərləri 24 Yan 2019 13:13:54 259 0

Məzarı tapılmayan azərbaycanlı repressiya qurbanlarının siyahısı hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısı tərtib edilib

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (MEK) tərəfindən məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısı tərtib edilib.

Son.az Trend-ə istinadən bildirir ki, MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova bildirib ki, 546 nəfərlik siyahı elektron kataloqa daxil edilərək kitabxananın Milli Rəqəmsal Yaddaş Bazasına yerləşdirilib.

O, siyahının açıq saxlanıldığını, gələcəkdə əlavələrin edilməsinin də mümkünlüyünü bildirib.

N.Həsənova qeyd edib ki, bolşeviklərin Azərbaycandakı hakimiyyəti dövründə Azərbaycandan 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı və din xadimi Sibirə, Qazaxıstana, o cümlədən digər yerlərə sürgün edilib.