Qazaxda 16 km-lik avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)


Digərləri 24 Yan 2019 12:11:00 265 0

Qazaxda 16 km-lik avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

Qazax rayonunda uzunluğu 16 kilometr olan yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.

Bakı. Qazax rayonunda uzunluğu 16 kilometr olan yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, avtomobil yolu iki hissə üzrə yenidən qurulur. Layihəyə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci kilometrliyindən ayrılan və 11,5 kilometr uzunluğa malik Daş Salahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax-Yuxarı Əskipara avtomobil yolunun 11 kilometrliyindən ayrılan və 4,5 kilometr uzunluğunda olan Ürkməzli-Dəmirçilər yolu daxildir. Yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu 4-cü texniki dərəcəli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində, qabarmalar, çalalar əmələ gəlib, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranmışdır.