Ramil Usubov Nəsimi rayonuna yeni rəis təyin etdi


Digərləri 24 Yan 2019 11:21:40 241 0

Ramil Usubov Nəsimi rayonuna yeni rəis təyin etdi

Ramil Usubov daha bir rəislə bağlı əmr imzalayıb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir rəislə bağlı əmr imzalayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Şəki Rayon-Şəhər Polis Şöbəsinin rəisi, polkovnik Əbülfət Rzayev vəzifəsindən azad edilərək paytaxtın Nəsimi Rayon Polis İdarəsinin rəisi təyin edilib.

Bundan əvvəl isə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Musa Musayev isə Binəqədi Rayon Polis İdarəsinə rəis göndərilmişdi.