AtaTravel “Daxili turizm” mövzusunda yazı müsabiqəsi keçirir


Digərləri 24 Yan 2019 10:03:10 209 0

AtaTravel “Daxili turizm” mövzusunda yazı müsabiqəsi keçirir

“AtaTravel” MMC-nin prioritet istiqamətlərindən biri də daxili turizmin inkişafı və təbliğatıdır.

Bakı. “AtaTravel” MMC-nin prioritet istiqamətlərindən biri də daxili turizmin inkişafı və təbliğatıdır. Şirkət daim daxili turizmlə bağlı yeni yeni istiqamətlərdə müxtəlif turlar təşkil edir. “AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev bildirir ki, insanın peşəkar fəaliyyətinin uğurlu olmasında yüksək səviyyədə təşkil edilmiş istirahət böyük əhəmiyyət daşıyır. Bu nöqteyi-nəzərdən daxili turizmin insanın həyatında oynadığı rolun daha ətraflı araşdırılması məqsədilə “AtaTravel” MMC “Daxili turizm” mövzusunda yazı müsabiqəsini elan edir. Biz daxili turizm sahəsində təcrübəyə malik olan gəncləri yazı müsabiqəsində iştirak etməyə dəvət edirik.