AŞPA ictimai media xidmətlərinə dair qətnamə qəbul edib


Dünya 24 Yan 2019 08:16:00 209 0

AŞPA ictimai media xidmətlərinə dair qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) dezinformasiya və təbliğat kontekstində ictimai media xidmətinə dair qətnamə qəbul edib.

Son.az "Report"a istinadən bildirir ki, ictimai mətbuat orqanları demokratik cəmiyyətlərimizdə vacib missiya daşıyırlar.

"Dezinformasiya, təbliğat və nifrət yaradan müzakirələrin ifrat dərəcədə artdığı yeni media mühitində, ictimai mətbuat ədalətli rəyləri və doğru informasiyaları ilə informasiya xaosu fenomeni ilə mübarizə üçün əlverişli mövqeyə malikdir", - deyə sənəddə bildirilir.