Minik və yük maşınları toqquşub, xəsarət alanlar var


Digərləri 23 Yan 2019 23:13:00 208 0

Minik və yük maşınları toqquşub, xəsarət alanlar var

Ağdaş rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən bildirir ki, 1967-ci il təvəllüdlü Lənkaran rayon sakini Cavadov Elçin Sabir oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağdaş rayonunun Ləki kəndi ərazisində yük maşını ilə toqquşub.

Nəticədə sürücü və onun 1975-ci il təvəllüdlü sərnişini Ellada Cavadova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.