Fatih Birol: "Bu il qlobal neft tələbatı sutkada ən azı 1 milyon barrel artacaq"


Dünya 23 Yan 2019 22:03:00 245 0

Fatih Birol: "Bu il qlobal neft tələbatı sutkada ən azı 1 milyon barrel artacaq"

Cari ildə qlobal neft tələbatı gündəlik ən azı 1 milyon barrel artacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol Davosda Dünya İqtisadi Forumu zamanı deyib. O bildirib ki, Çinin tələbatına dair qeyri-müəyyənlik davam edir. ABŞ-da isə daha çox şist nefti istehsal olunacaq. Birləşmiş Ştatların mayeləşdirilmiş təbii qaz (LNG) ixracı kəskin artır. Hazırda Yaponiya dünyanın ən böyük təbii qaz idxalçısıdır.