LosAncelesdə tətil etmiş müəllimlər etiraz aksiyasının dayandırılması barədə ilkin saziş imzalayıblar


Dünya 23 Yan 2019 21:15:00 304 0

LosAncelesdə tətil etmiş müəllimlər etiraz aksiyasının dayandırılması barədə ilkin saziş imzalayıblar

Los-Anceles müəllimləri çərşənbə axşamı məktəb dairəsinin nümayəndələri ilə tətilin dayandırılması barədə ilkin saziş imzalayıblar. Müəllimlər əməkhaqqının 6 faiz artırılmasına və siniflərdə şagirdlərin sayına məhdudiyyət qoyulmasına nail olublar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunlar həmkarlar ittifaqı ilə dairələrin hakimiyyət orqanları arasında ən mübahisəli məsələlər idi. Los-Anceles şəhəri və Vaşinqton dairəsi məktəblərdə xidmətlərin genişləndirilməsi, o cümlədən xeyli sayda tibb bacısı, məsləhətçi və psixoloqların işə götürülməsi üçün vəsait sərf edirlər.