Ərdoğan: Türkiyə-Rusiya münasibətləri regional təhlükəsizliyə müsbət təsir göstərir


Digərləri 23 Yan 2019 19:08:00 221 0

Ərdoğan: Türkiyə-Rusiya münasibətləri regional təhlükəsizliyə müsbət təsir göstərir

Türkiyə və Rusiya arasında münasibətlər regionda təhlükəsizliyə müsbət təsir göstərir.

Bakı. Rufiz Hafizoğlu - Türkiyə və Rusiya arasında münasibətlər regionda təhlükəsizliyə müsbət təsir göstərir. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib. Türkiyə lideri qeyd edib ki, bu gün iki ölkə arasında münasibətlərin inkişafını bütün sahələr üzrə, o cümlədən hərbi və siyasi sahələrdə müşahidə etmək olar.