“2 saatdan sonra zəng edirlər ki, Allah balanı saxlasın”


Digərləri 23 Yan 2019 18:44:00 274 0

“2 saatdan sonra zəng edirlər ki, Allah balanı saxlasın”

Azyaşlılarda iştahsızlıq, yüksək hərarət, halsızlıq, qusma kimi hallar müşahidə olunduqda bəzi valideynlər ilk olaraq çöpçülərə üz tuturlar.

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sakin: "Dəfələrlə olub uşağın qızdırması qalxır, biz o dəqiqə bilirik ki, uşağın çöpü qalıb. Aparıb çıxardıb gətiririk heç həkimə də ehtiyac olmur".

Sakin: "Biz inanmırıq elə şeylərə amma intəhası olur, eşitmişik, görmüşük qonşularda".

Sakin: "Belə şeylər olur, amma bizim ailə olmayıb".

Elmir Əkbər - Psixoterapevt: "Çöp məsələsi ümumiyyətlə fenomenal komediyadır. Dünyada hələ mən eşitməmişəm ki, bunun analoqu olsun. O ki deyirlər analoqsuz xalqıq, doğrudan da bu məsələdə heç analoqumuz yoxdur. İfşa edənlər də kifayət qədərdir, ancaq inananlar da var. Deyir sonra gəldik qızdırma düşdü falan, təbii ki, təlqin".

Çöpçü: "Deyirəm aparın həkimə deyir yox, keçən dəfə də çöpün çıxardın uşaq yaxşı oldu. Boğazında, qlandasının dalında yer var. Əlini vuran kimi bilirsən orda var ya yoxdur. Uşağı 40 qızdırmayla gətirirlər, 2 saatdan sonra zəng edirlər ki, Allah köməyin olsun, Allah balanı saxlasın uşaq yaxşıdır".


Xəbərə aid fotolar