Tərtərdə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb


Digərləri 23 Yan 2019 17:48:00 222 0

Tərtərdə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

Faiq Həsənov münaqişə zəminində həmyerlisi Pərviz Hüseynova bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirib.

Bakı. Yanvarın 21-də Tərtər şəhəri ərazisində şəhər sakini Faiq Həsənov münaqişə zəminində həmyerlisi Pərviz Hüseynova bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.