Mehdiabadda intihara cəhdin qarşısı alındı


Digərləri 23 Yan 2019 14:35:00 235 0

Mehdiabadda intihara cəhdin qarşısı alındı

Abşeron rayonunun Mehdiabad qəsəbəsində 1 nəfər yeddimərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

FHN-dən Son.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.