Deputat: ""Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq


Digərləri 23 Yan 2019 13:38:00 243 0

Deputat: ""Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq

"Məşğulluq haqqında" qanuna gənclərin müəyyən kvotalar üzrə işə götürülməsi və sosial iş yerləri açıldıqda işəgötürənin gənclərə daha çox üstünlük verməsi ilə bağlı dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, cağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2002-ci ildə qəbul edilən "Gənclər siyasəti haqqında" qanuna təklif edilən dəyişikliklər də yaxın günlərdə parlamentdə müzakirəyə çıxarılacaq.