Qida məhsullarının istehsalı məşğul olan subyektlər vergiyə cəlb olunacaq


Digərləri 23 Yan 2019 13:17:00 214 0

Qida məhsullarının istehsalı məşğul olan subyektlər vergiyə cəlb olunacaq

Bu gün Vergilər Nazirliyi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Bakı. Bu gün Vergilər Nazirliyi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, sənədi vergilər naziri Mikayıl Cabbarov və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar. Anlaşma Memorandumu qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən işçilərin qanunvericiliyə uyğun işə cəlb edilməsi, qida məhsulları, fitosanitar və baytarlıq nəzarətində olan məhsulların istehsalı, emalı və dövriyyəsi sahəsində fəaliyyət göstərən subyektlər və onların obyektləri haqqında qarşılıqlı məlumat mübadiləsi ilə bağlı əməkdaşlığı müəyyən edir.