15 yaşı tamam olmamış şəxslərin fərdi identifikasiya kartı almaq qaydaları dəyişir


Digərləri 23 Yan 2019 12:45:00 248 0

15 yaşı tamam olmamış şəxslərin fərdi identifikasiya kartı almaq qaydaları dəyişir

15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı almaq qaydaları dəyişə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanuna 1.2-1-ci maddə əlavə olunur.

Əlavədə deyilir ki, doğum haqqında şəhadətnamə ilə birlikdə ilk dəfə verilən fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs də müraciət edə bilər. Bununla bağlı qanunun 3.2 və 7-ci maddələrində də müvafiq dəyişikliklər edilib.