Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramı təsdiq edilib


Digərləri 23 Yan 2019 12:38:57 196 0

Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramı təsdiq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq olunub.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq olunub. Nazirlikdən Trend-ə verilən məlumata görə, proqramda cari il ərzində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, eləcə də respublika daxilində müalicə olunmalarına köməklik göstərilməsi, həmin şəxslərə diqqət və qayğının artırılması üçün təbliğat kampaniyasının təşkil olunması, asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi kimi tədbirlər yer alır. Sənəddə həmçinin qeyd olunan şəxslər arasında idman tədbirlərinin təşkil edilməsi, habelə onların beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması, sosial-məişət problemlərinin həlli ilə bağlı maddi yardımların göstərilməsi, onların cəmiyyətə inteqrasiyasına yönələn bir sıra layihələrin həyata keçirilməsi, sosial xidmət müəssisələrinə texniki yardımların göstərilməsi və s. tədbirlər də əksini tapır.