Bakı Şəhəri üzrə Təhsil İdarəsi vakant vəzifələrə müsabiqə elan edib


Digərləri 23 Yan 2019 12:04:00 227 0

Bakı Şəhəri üzrə Təhsil İdarəsi vakant vəzifələrə müsabiqə elan edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi vakant vəzifələrə müsabiqə elan edib

Bakı. İlhamə İsabalayeva - Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri (kitabxanaçı) və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilib. İdarədən Trend-ə verilən məlumata görə, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər yanvarın 23-dən http://musabiqe.baku.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. 15 təqvim günü davam edəcək qeydiyyat prosesi fevralın 7-də saat 23:59-da başa çatacaq.