Nazir müavini: "Gənclər arasında işsizlik 9,2 faizdir"


Digərləri 23 Yan 2019 11:00:00 193 0

Nazir müavini: "Gənclər arasında işsizlik 9,2 faizdir"

Azərbaycanda bu gün 14-29 yaşlı gənclər arasında işsizlik 9,2 faizdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, cağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu göstərici ölkədəki ümumi işsizlik səviyyəsindən 2 dəfəyə qədər çoxdur. Bu tendensiya bütün dünya ölkələrində müşahidə olunur.

M.Kərimli deyib ki, gənclərin məşğulluğunun artırılması Azərbaycan hökumətinin məşğulluq siyasətinin tərkib hissəsidir.