Günün qoroskopu: Gəlir istisna deyil


Digərləri 23 Yan 2019 00:01:00 231 0

Günün qoroskopu: Gəlir istisna deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - böyük uğurlar əldə etmək istəyirsiniz. Amma əlverişli gün deyil. Ətrafınızdakı insanlar arasında sizə mane olmaq istəyənlər və ya sizdən öz maraqları üçün yararlanmaq fikrinə düşənlər az deyil. İşdə həmkarlarla dil tapmaq asan deyil. Rəhbərlik qarşınızda yüksək tələblər qoyur. O tələblərin hamısını yerinə yetirmək asan deyil.

Nikbin olun. Yanınızdakı şəxslərdən fərqli olaraq ruhdan düşməyin. Sizi qeyri-ciddilikdə suçlaya bilərlər. Məsuliyyətli olun. Mövqeyinizdən geri çəkilməyin, amma aqressivlik də etməyin. Əks təqdirdə ünvanınıza yeni tənqidlər eşidəcəksiniz.

Buğa - bu gün yaranacaq çoxsaylı çətinliklər peşəkar fəaliyyət sahənizdəki məsələləri vaxtında həll etməyə mane olur. İşdə rəhbərliklə fikir ayrılıqları istisna deyil. İş yerini dəyişmək barədə düşünə bilərsiniz. Yekun qərar verməyə tələsməyin. Bir qədər sonra, vəziyyət stabilləşəndə hər şeyin o qədər də pis olmadığını anlayacaqsınız.

Ənənəvi rejimə riayət edin. Spontan qərarlar əhvalınıza pis təsir edə bilər. Kulinar eksperimentlər üçün əlverişsiz gündür.

Əkizlər - əla və ya yaxşı nəticələrə nail olmaq üçün ənənəvi taktikadan imtina edərək riskə getmək lazımdır. Maraqlandığınız sualların cavabları uzaqda deyil. Gərəkli informasiya əldə etmək üçün çətinlik çəkmək gərəkdir.

Emosional durumunuza nəzarət edin. Ruhdan düşməyin, pərişanlığa qapılmayın. İşlərinizdə nizama riayət edin.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərə fikir verin. Münasibətləri təhlil edin, bəzi əlaqələrdən boyun qaçırın. Əks cinsin mənsubları ilə əlaqələri qaydaya salın. Özünüz istəmədən belə, təmaslarda problemlər yarada bilərsiniz.

Xərçəng - işgüzar görüşlər və mühüm məsələlərin müzakirəsi üçün əlverişli gün deyil. Əldə etdiyiniz bütün uğurlar hələlik ilkin səciyyəlidir. Onlara sonradan yenidən baxmaq olar.

Peşəkar fəaliyyət müstəvisində isə durum dəyişə bilər. Bu gün alacağınız təkliflər maraqlı təsir bağışlaya bilər. Amma saatlar keçdikcə şərtlər pisləşəcək.

Günün ikinci yarısında əhvalınızın pisləşməsi, xroniki xəstəliklər və ağrıların yaranması istisna deyil.

Pəhriz saxlayırsınızsa, şərtləri əsla pozmayın.

Axşam saatlarında gəzintiyə çıxın.

Şir - çoxsaylı kiçik problemlər əhvalınızı poza bilər. Yolunuzda qəflətən yaranan sədlər sizi ruhdan salmasın. Qüvvələrinizə inanın və nikbin olun. Yaxın ətrafınızdakı insanlar sizə güvənirlər. Onlara mənəvi dəstək olun.

Yeni romantik münasibətlərin başlaması mümkündür. Yeni taışlıqlardan biri az sonra ciddi təmasa çevriləcək və yaşamınızda mühüm rol oynayacaq.

Ailə münasibətləri üçün yaxşı gündür. Yaxınlarla dil tapmaq asan deyil.

Qız - istənilən format və xassəli dəyişikliklər üçün əlverişli gündür. Nə istədiyinizi, bunun üçün nə etmək gərəkdiyini dəqiqləşdirin. Bədxahlardan biri sizi yoldan çıxarmaq istəyir. Onun uğur əldə etməsinə imkan verməyin. Nüfuzlu şəxslə mübahisələrdə mövqeyinizi qoruyun.

Opponentlər haqlı olduğunuzu etiraf etmək məcburiyyətində qalacaqlar.

Yaxınlarınızla münasibətlərdə güzəştə getməyi bacarın. Dartışmanı münaqişəyə çatdırmayın. Fəqət, bütün təmaslarda harmoniyaya da bel bağlamayın.

Axşam saatlarında səhhətdə kiçik problemlər, yuxusuzluq ola bilər.

Tərəzi - çoxsaylı yeni ideyalar yaranır. Onları qulaqardına vurmayın. Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir. Müşahidələrinizdə dəqiq olun. Paradoksal nəticələrə gəlməyin, səlis davranın. Yaxın ətrafınızdakı insanlar sizdən nümunə götürməyə çalışırlar. Müttəfiq və həmfikirlərlə yanaşı, sizinlə çalışmaq, əməkdaşlıq yaratmaq istəyən insanlar peyda olur.