Salyanda raket aşkarlanıb (FOTO)


Digərləri 22 Yan 2019 23:50:26 182 0

Salyanda raket aşkarlanıb (FOTO)

Bu gün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Agentliyə Salyan rayonu, Bəndovan qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Bakı. Bu gün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Agentliyə Salyan rayonu, Bəndovan qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.