Ürək ritminin pozulması –


Digərləri 22 Yan 2019 23:35:00 246 0

Ürək ritminin pozulması –

Ürək ritminin pozulması və ya möhkəm döyünməsi - həyəcan doğuran narahat bir hissdir. Amma mütəxəssislər bildirirlər ki, bu cür halın səbəbi həmişə ürək xəstəliyi olmur.   Son.az medicina.az-a istinadən qeyri-adi ürək döyünməsinin hansı hallarda ürək patologiyasından xəbər vermədiyini açıqlayır.

Normal halda insan ürək döyüntüsünü hiss etməməlidir. Amma bəzən bu hal yaşanır ki, həkimlər onu ürək döyünməsi adlandırırlar. Bu zaman ürəkdə qeyri-ritmik döyünmələr və  çırpınma hiss edilir. Mütəxəssislər bildirirlər ki, bir çox hallarda döyünmələr ürək xəstəlikləri ilə əlaqəli deyil. Hər bir insan vaxtaşırı olaraq bu cür vəziyyətə düşə bilər. Ürək sağlam olduqda bu heç bir təhlükə daşımır. Amma bu hal yanaşı olaraq digər əlamətlərlə uzun müddət davam edərsə, o zaman həkimə müraciət edilməlidir.

Ürək döyüntüləri ürəklə bağlı olmasa belə hansısa digər ciddi bir xəstəliyin əlaməti ola bilər. Buna görə də bu əlaməti görməzdən gəlmək olmaz.

Səbəbləri:

1)Stress. Bu amil ürək ritminin pozulmasının əsas səbəblərindəndir. Emosional zərbə, fiziki gərginlik və uzun müddətli həyəcan ürək döyünməsinə səbəb ola bilər.   2)Çox yorulma, yuxu pozulması da ürəyin işinə təsir göstərir.