Gündən qoruyan kremlər... heç nədən qorumur


Digərləri 22 Yan 2019 23:25:00 194 0

Gündən qoruyan kremlər... heç nədən qorumur

Bir çox gündən qoruyan kremlərin tərkibində olan avobenzon maddəsi (UB şüalarından qoruyan filtr) ziyanlıdır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bunu rus alimləri aşkar ediblər.Avobenzon xlorlu su və ultrabənövşəyi şüalarla kontakta girir və ziyanlı toksiki birləşmələri əmələ gətirir.

Son zamanlar alimlər ümumiyyətlə gündən qoruyan kremlərlə bağlı mənfi rəylər söyləyir. Belə ki, bir çox mütəxəssislərin fikrinə görə, belə kremlərin əksər hissəsi gün şüalarından qorumur.

Bir qrup mütəxəssislər 1500-dən artıq gündən qoruyan və nəmləndirici kremləri təhlil etdikdən sonra belə qərara gəliblər ki, onların 73%-i lazım olan təsiri göstərmir və insan dərisini UB şüalarından qorumur.