O aqressiv idi, ailəsindən şikayət edirdi


Digərləri 22 Yan 2019 22:28:00 236 0

O aqressiv idi, ailəsindən şikayət edirdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az oxu.az-a istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində mərkəzdə tibb bacısı işləyən Leyla Məmmədova ifadə verib.

O deyib ki, təqsirləndirilən şəxslərdən Məhəmmədi tanıyır:

"Məhəmmədin vəziyyəti yaxşı deyildi, çox ağır xəstə idi. Həkimlər onu müayinə edib, evə buraxırdılar, amma Məhəmməd yenə gəlirdi. O biraz aqressiv idi, ailəsindən şikayət edirdi. Axır vaxtlar xəstələrlə də danışmırdı, özünə qapanmışdı".

Şahid deyib ki, hadisə günü növbəli rejimdə işlədiyi üçün yanğın barədə ertəsi gün xəbər tutub.

Proses yanvarın 29-da davam etdiriləcək